“Böyük İngilis dili olimpiadası” keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.1.1.19 və1.1.1.20 bəndlərinə əsasən xüsusi istedadı olan şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkili, şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi istiqamətində işin təşkili ,ingilis dili fənni üzrə şagirdlərdə məntiqi təfəkkürün formalaşdırılması, dil qabiliyyətinin inkişaf etdirilməsi, təhsilə marağın artırılması, onlar arasında sağlam rəqabətin yaranması məqsədilə xarici dillər üzrə metodbirləşmə üzvləri 10 may 2017-ci il tarixdə V—VIII sinif şagirdləri arasında “Böyük İngilis dili olimpiadası” keçirilmişdir.Olimpiada 3 mərhələdən ibarət olub 25 şagirdi əhatə edirdi.Olimpiadanın ilk mərhələsində şagirdlər test üsulu ilə , İkinci mərhələdə isə sərbəst mövzuda esse yazmaqla qiymətləndirildilər.Sonuncu mərhələdə isə şagidlər bir-biri ilə ünsiyyət qurmaq (dialoq) , müxtəlif mövzularda sərbəst danışmaq , şeir demək bacarıqlarını nümayiş etdirdilər. 7a sinif şagirdi Quliyev Məlahətin Səməd Vurğunun “Azərbaycan” şeiri və 8c sinif şagirdi Əkbərli Nigarın “My Heart is in the Highlands ” by Robert Burns təqdimatı xüsusilə bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi