Breyn-rinq bilik yarışı keçirildi

Məktəbin illik fəaliyyət planının 1.1.1.19 xüsusi istedadı olan şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkili, 1.1.1.20 şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi istiqamətində işin təşkili bəndinə əsasən ingilis dili fənni üzrə şagirdlərdə məntiqi təfəkkürün formalaşdırılması, dil qabiliyyətinin inkişaf etdirilməsi, təhsilə marağın artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə “Breyn-rinq” bilik yarışı keçirildi.VII siniflər arasında keçirilən bu yarışda 5 sinfin şagirdləri iştirak edirdi.Suallar ingilis dilinin qrammatik qaydaları , məntiqi və verilmiş mətnin tərcüməsi əsasında tərtib edilmişdi. Komandalar verilmiş vaxtdan düzgün istifadə edərək suallara tam və dolğun cavab verdilər. Qalib komanda müdiriyyət tərəfindən rəğbətləndirildi.