“ İkinci Dünya müharibəsi və Azərbaycan” adlı təqdimatlar nümayiş etdirildi

İctimai fənlər üzrə şagirdlərin bilik və bacarıq vərdişlərinə yiyələnmə səviyyəsinin öyrənilməsi, yaradıcılıq işlərinə maraq göstərən və bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin düzgün istiqamətləndirilməsi, elmi və dünyagörüşünün inkişaf etdirilməsi baxımından şagirdlər tərəfindən 3 may 2017-ci il tarixində “ İkinci Dünya müharibəsi və Azərbaycan” adlı təqdimat nümayiş etdirildi. Qruplar təqdimatın gedişində azərbaycanlıların İkinci Dünya müharibəsində iştirakı və Sovet İttifaqı qəhrəmanları haqqında geniş məlumatlar verdilər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Həzi Aslanov , əfsanəvi partizan Mehdi Hüseynzadənin Yuqoslaviya partizan hərəkatında iştirakı, 416-cı Taqanroq Azərbaycan diviziyasının keçdiyi döyüş yolu haqqında maraqlı çıxışlar dinlənildi. Təqdimat şadirdlərdə milli vətənpərvərlik ruhunun aşılanması məqsədi ilə keçirillirdi. Sonda fəallığı ilə fərqlənən “Tarixçilər “ qrupu müdriyyət tərəfindən mükafatlandırıldı.