"Xarıbülbül" mövzusu üzrə açıq dərs keçirildi

Məktəbin fəaliyyət planının “Gənc müəllim-peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması’’ bəndinə əsasən gənc müəllimlərin pedoqoji bacarıqlarının inkişaf etdirilməsi ,özünəinamın artırılması, yaradıcı işə meylin gücləndirilməsi baxımından 3 may 2017-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım İskəndərli tərəfindən 5d sinfində "Xarıbülbül" mövzusu üzrə açıq dərs keçirildi. Dərs fəal təlim metodlarına əsaslanmışdı.Müəllim videoslayd,mövzu barədə şəkillər,krossvord və s. kimi resurslardan və qruplarla iş üsulundan istifadə etməklə dərsin gedişini düzgün qura və şagirdlərin fəallığını təmin edə bildi.Qruplar mövzu ilə əlaqədar maraqlı təqdimatlar etdilər. Müəllimin qarşısına qoyduğu əsas məqsəd xarıbülbül haqqında əfsanə,rəvayətləri öyrətmək və onun kimə məxsus olması barədə əsas məlumatları çatdırmaq idi.Dərsin gedişində maraqlı səhnəcik və oyunlardan da istifadə olundu. Bu da şagirdlərin fəallığı ilə yanaşı ,onlar arasında sıx əməkdaşlığa da şərait yaratdı. Təkcə Şuşada bitən xarıbülbülü işğal olunmuş rayonlarımızla əlaqələndirən müəllim şagirdlərdə vətənpərvərlik hislərinin aşılanmasında böyük rol oynadı.