Açıq dərs keçirildi

3 may 2017-ci il tarixdə fəaliyyət planının 1.1.3 bəndinə əsasən GÇH fənninin tədrisi vəziyyətinin öyrənilməsi məqsədi ilə GCH rəhbəri Mahir Agayev X sinifdə “Fərdi mühafizə vasitələri və Kompas” vasitəsilə üfüqün cəhətlərini təyin edilməsi” mövzularında apardığı dərslər dinlənilmişdir. Dərsdə nüvə, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, o cümlədən mülki müdafiə dəstələrinin zəhərlənmiş sahələrdə qalması və xilasetmə işlərinin aparılması, fərdi mühafizə vasitələrinin növləri və onların xüsusiyyətləri haqqında məlumat verildi. Fərdi mühafizə vasitələrindən olan əleyhqazların süzücü və tədricedici növü, onların istifadə qaydaları haqqında ətraflı danışıldı, hətta əyani şəkildə şagirdlərə göstərildi. Müəllim hazırda respublikamızın MM sistemində əhalinin mühafizəsi üçün QP-S, QP-5M,QP-7, QP-7V, məktəblilərin və məktəbəqədər yaşlı uşaqların mühafizəsi üçün isə DP-6M, DP-6, PDF-7 kimi istifadə olunan əleyhqazlar haqqında da məlumat verdi. GÇH müəllimi Mahir Agayev kompas vasitəsilə üfüqün cəhətlərinin təyin edilməsi, kompasın hissələri,onun növləri barəsində danışdıqdan sonra sutkanın istənilən vaxtı və istənilən hava şəraitində kompas vasitəsilə cəhətləri təyin etməyin mümkünlüyünü hərbi topoqrafiya xəritəsində göstərdi. Üfüqün cəhətlərini təyin etmək üçün kompasdan istifadə qaydalarını şagirdlərə başa saldı, mövzu ilə bağlı sualları cavablandırdı. Dərsdə tarixi torpaqlarımızdan, Silahlı Qüvvələrimizin yaranmasından, ordumuzun keçdiyi şanlı yol və hazırkı inkişafından da danışıldı. Müəllim silahlar haqqında şagirdlərə məlumat verməklə yanaşı, Vətənə bağlılıq, onu müdafiə etmək, Vətən üçün hər bir vəziyyətə hazır olmağın vacibliyini, Vətən torpaqlarının müqəddəs olduğunu və bu müqəddəs torpağa sevgi ilə böyümək və onu qorumağın şərəfli bir iş olduğunu anlatdı və şagirdlərə vətənpərvərlik hislərini aşıladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi