“Qarabağ tarixi haqqında həqiqətlər”mövzusunda rəsm guşəsi hazırlandı

3 may 2017-ci il tarixində məktəbdənkənar fəaliyyətinin təşkili məqsədilə illik planın 1.3.13 bəndinə əsasən “Qarabağ tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səlnaməsi” mövzusuna əsasən şagirdlərin hazırladıqları rəsmlərlə məktəbdə güşə hazırlandı. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalı ilə bağlı mövzular rəsmlərdə öz əksini tapmışdı. Rəsmlərin hazırlanmasında V,VI,VIII siniflər daha fəallıq göstərdilər.Tarix müəllimi Vəsilə Əliyeva şagirdlərin rəsmlərə baxışı zamanı işğal olunmuş torpaqlarımızın qısa icmalını açıqladı. Torpaqlarımızın azad edilməsi istiqamətində həyata keçirilən tarixi əhəmiyyətə malik tədbirlərdən şagirdlərə geniş məlumatlar verdi.