Əl işləri sərgisi keçirildi

2 may 2017-ci il tarixdə fəaliyyət planının 1.1.1 13 bəndinə əsasən müasir texnologiya fənninin tədrisi vəziyyətinin öyrənilməsi, şagirdlərdə estetik zövqün formalaşdırılması , bilik və bacarıqlara yiyələnməsi, istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə texnologiya müəllimi Bənövşə Bayramova VII-IX sinif şagirdləri arasında təşkil etdiyi əl işlərinin sərgisini keçirdi. Həmin sərgidə şagirdlərin tikmə, toxuma, parça üzərində muncuqla naxış düzmək kimi bacarıqları nümayiş etdirlidi. Bu sərgidə əsas məqsəd şagirdlərin əl qabiliyyətlərinin üzə çıxarılması, gənclərin sənətkarlığa marağının artırılması, milli dəyərlərin saxlanılması, qorumaası və təbliği idi. Şagirdlər öz bacarıq və qabiliyyətlərini nümayiş etdirərək maraqlı təqdimatlar hazırladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi