İbtidai sinif şagirdləri arasında dama yarışı keçirildi

Məktəbin illik fəaliyyət planının 1.3.1. bəndində verilmiş “Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə müvafiq dərnəklərin fakültətiv fərdi və qrup məşğələlərinin təşkili “ mövzusu əsasında 2 may 2017-ci il tarixdə məktəbin ibtidai sinif şagirdləri arasında dama yarışı keçirildi.Yarışın keçirilməsində məqsəd şagirdlər arasında stolüstü oyunlara marağın artırılması idi.Ümumilikdə yarışda 20 şagird iştirak edirdi. Şagirdlər püşk atma yolu ilə məktəbin idman müəllimi Əvəz Rüstəmov tərəfindən qruplara ayrıldı.Hər şagird 4 dəfə oyun keçirdi. Gərgin keçən oyun nəticəsində I yerə IIIç sinif şagirdi Əsgərəli Babayev,II yerə IIc sinif şagirdi Fazil Zərbəliyev, III yerə isə IVa sinif şagirdi Nail Salmanlı layiq görüldü.Qaliblər diplom ilə təltif olundu.