Viktorina keçirildi

Məktəbin fəaliyyət planının 1.1.1 20 bəndinə əsasən şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirlməsi istiqamətində işin təşkili məqsədilə 1 may 2017-ci il tarixində siniflər arasında viktorina keçirildi. Viktorinanı fənn müəllimləri Xəlilova Gülarə və Səmədov Adil təşkil etmişdi. Əsas məqsəd riyaziyyata maraq yaratmaqla yanaşı, şagirdlərin həyati, məntiqi, psixoloji dünyagörüşlərini formalaşdırmaq, səbirlə oturub işləmə qabiliyyətini inkişaf etdirmək idi.10 sualdan ibarət test şəkilində aparılan viktorinada V və VI sinif şagirdləri iştirak edirdilər. Suallardan 7-si elektron lövhədə, 3-ü isə qruplar şəklində cavablandırıldı. Viktorinada qalib gələn şagirdlərdən Rəvan Məmmədov, Həbibə Seyidova, Səkinə Məmmədova və Həsən Abdullayev müdiriyyət tərəfindən rəğbətləndirdi.