“Qəsəbəmizin canlılar aləmi “ adlı foto müsabiqə keçirildi

28 aprel tarixində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində I-IV sinif şagirdləri arasında “Qəsəbəmizin canlılar aləmi “ adlı foto müsabiqə keçirildi.Müsabiqənin şərtlərinə əsasən komissiya üzvlərinə təqdim olunan şəkillər nömrələnərək sərgiləndi. Sərginin sonuncu günü V-XI sinif şagirdlərinin iştirakı ilə səs vermə keçirildi.Şagirdlər bəyəndikləri şəkillərin nömrəsini qeyd edib qutuya atdılar. Komissiya üzvləri olan direktor müavinləri Həməşəxanım Bayramova və Elnarə Kərimova ,təbiət fənnləri üzrə metodbirləşmə sədri Sevinc Kərimova,İbtidai siniflər üzrə metodbirləşmə sədri Könül Mürsəlova ,təsviri incəsənət müəllimi Bayramnisə Quliyeva tərəfindən sayılan səslər nəticəsində I yerə IVc sinif şagirdi Zəhra Məmmədzadə Elşən qızı,II yerə Cəlilov Məhəmmədəli Azad oğlu,III yerı isə Mehdiyev Əlicəfər Zahid oğlu layiq görüldülər.Qaliblər diplom ilə təltif olundu.