Riyaziyyat fənni üzrə yarış keçirildi

Hal-hazırki dövrdə təhsilin qarşısında duran ən əsas məsələlərdən biri də istedadlı, bacarıqlı, xüsusi qabiliyyətli şagirdlərin üzə çıxarılması, onlara lazımi istiqamətlərin verilməsidir. 2016-2017-ci dərs ilində məktəbin “İllik Fəaliyyət planının” 1.1.1.19 bəndinə əsasən xüsusi istedadı olan şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkili üçün 24 aprel 2017-ci il tarixində məktəbin VI sinif şagirdləri arasında riyaziyyat fənnindən yarış keçirilmişdir. Bu məqsədlə məktəbdə riyaziyyat müəllimləri məntiqi testlər hazırlamış, şagirdlər isə kompüter vasitəsilə həmin testləri cavablandırmışlar. Şagirdlər məntiqi testləri kompüter vasitəsilə cavablandırmaqla yanaşı, elektron lövhədə həmin tapşırıqların izahını da vermişlər. VI sinif şagirdləri Həbibə Seyidova, Aytən Haşımova, Fidan Qəmbərova və Vüsal Paşazadə daha çox fərqlənmiş,yarışın qalibi olmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi