Metodşuranın növbəti iclası keçirildi

21 aprel 2017-ci il tarixində Metodşuranın aprel ayı üçün növbəti iclası keçirildi. Metodşura iclasında İngilis dili fənninin tədrisi, IX və XI siniflərdə keçiriləcək buraxılış imtahanlarına hazırlıqla bağlı test-sınaq yoxlama yazı işləri, V-IX siniflərdə keçirilən kiçik summativ qiymətləndirmə, II-IV ibtidai sinif şagirdlərinin oxuyub-anlama vərdişləri səviyyəsinin öyrənilməsi, fikir yürütmək bacarığının inkişaf dinamikasının izlənilməsi, tanış olmayan mətnlər üzrə yazılı tapşırıqların verilməsi kimi məsələlər ətrafında müzakirələr aparıldı. Metodşura iclasında müəyyən olundu ki, IX və XI siniflərdə buraxılış imtahanlarına hazırlıqla bağlı keçirilən sınaq-test yoxlama yazı işlərinin , II-IV siniflərdə tanış olmayan mətnlər üzrə aparılan imla yazılarının , eləcə də V-IX siniflərdə hər ay şagird nailiyyətlərinin izlənilməsi, onların bilik və bacarıqlarının yoxlanılması üçün aparılan kiçik summativ qiymətləndirmələrin nəticələri qənaətbəxşdir. Metodşura iclasında qərara alındı ki, XI siniflərdə imtahanlara hazırlıqla bağlı Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən sınaq yoxlama yazı işlərinin keçirilməsini ilin sonunadək davam etdirməli, V-X siniflərdə İngilis dilindən şagirdlərin təlim nəticələrinin yüksəldilməsi, dil qaydalarına riayət etmə səviyyəsinin formalaşdırılması məqsədilə qarşılıqlı dərs dinləmələr, açıq dərslər, test yoxlama yazı işləri keçirilməlidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi