“ Məişət soyuducularının quruluşu və iş prinsipi” mövzusunda açıq dərs keçirildi

18 aprel 2017-ci il tarixində VIIIᵇ sinfində Texnologiya müəllimi Ləman Qəhrəmanova “ Məişət soyuducularının quruluşu və iş prinsipi” mövzusunda açıq dərsi keçirdi. Dərs prosesində fənn müəllimi Ləman Qəhrəmanova şagirdlərə soyuducuların tarixini əks etdirən slaydlar nümayiş etdirdi. Müəllim soyuducunun yaranma tarixi və istehsal edən ölkələr, müəsssisələr haqqında da əlavə materiallar hazırlamışdı. Qruplarla və fərdi iş formasından istifadə edən müəllim dərsin daha maraqlı olmasına və şagirdlərin daha fəal iştirakına şərait yaratdı. Qruplar mövzu ilə əlaqədar maraqlı təqdimatlar etdilər. Müəllimin əsas məqsədi soyuducunun quruluşu və iş prinsipi haqqında şagirdlərə məlumat vermək idi. Müəllim resurslardan düzgün istifadə etməklə yanaşı, şagirdlər arasında əməkdaşlıq yaratmaqla mövzunu şagirdlərə mənimsədə bildi.