II sinif şagirdləri ilə diskussiya keçirildi

İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının inkişafı,oxuyub anlama,sərbəst fikir yürütmə bacarıqlarının inkişafı üçün onlara tanış olmayan mətnlər olan kiçik bədii,elmi-kütləvi kitablarda olan tapşırıqlar verildi və bu tapşırıqlara əsasən 2-ci sinif şagirdləri ilə 18 aprel 2017-ci il tarixində diskussiya keçirildi. Diskussiyanın keçirməsində məqsəd, şagirdlərin mütaliə vərdişlərini formalaşdırması, şəxsi bacarıqlarının üzə çıxarılması,məntiqi təfəkkürlərinin inkişaf etdirılməsindən ibarət idi.Diskussiya zamanı uşaqlar mətn qəhrəmanlarının hərəkətlərini və xarakterlərini təhlil edərək onlara münasibət bildirdilər,məzmunla bağlı bir-birinə suallar verdilər,mətndəki hadisələr arasındaki səbəb-nəticə əlaqələrini müəyyən edərək şüurlu oxuduqlarını nümayiş etdirdilər.Diskussiya ibtidai sinif müəllimi Məhbub Həsənova tərəfindən aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi