2ç sinfində “Nağıl personajları ilə görüş keçirildi

18 aprel tarixində 2ç sinfində “Nağıl personajları ilə görüş” adlı tədbir keçirildi .Bu gün sanki hamı nağıllar aləminə düşmüşdü.Balacaların sevincinin həddi-hüdudu yox idi.Onlar özlərini əsl qəhrəmanlar kimi hiss edirdilər.Hamının üzündə təbəssüm var idi.Qırmızıpapaq,Cırtdan,Tıq-tıq xanım,Qoğal və başqa personajlar nümayiş olundu.Sonda ifa olunan rəqs hamının həmrəyliyini,birliyini əks etdirdi.Uşaqlar öz sevimli qəhrəmanlarından sevə-sevə ayrıldılar.Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova və Uşaq birliyi rəhbəri Əliyeva Sevda iştirak edirdi.Onlar 2ç sinfinin rəhbəri Esmira Atayevaya tədbirə görə təşəkkürlərini bildirdilər.