Bakı birinciliyində I yer

Şagirdlərimiz idmanın müxtəlif növləri ilə məşğul olur və bu sahədə uğurlar qazanırlar. Belə şagirdlərdən biri də VIII “b” sinif şagirdi Əliyev İlhamdır. O, bu yaxınlarda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Daido-Juku karate (kudo) üzrə Bakı birinciliyində iştirak etmiş və I yerə layiq görülərək diplom və medalla təltif olunmuşdur. Bu, İlhamın ilk uğuru deyil. Fevral ayında keçirilmiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Bakı birinciliyində də o, bu idman növü üzrə III yerə layiq görülərək diplom və medalla təltif olunmuşdur. İnanırıq ki, bundan sonra İlham yenə də yarışlarda iştirak edəcək və yeni-yeni uğurlara imza atacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi