IV sinif şagirdləri Qobustan dövlət tarixi-bədii qoruğunda və Mərkəzi Nabatat bağında oldular

“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsi çərçivəsində aprel ayında “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusu ilə bağlı olaraq məktəbimizin IV sinif şagirdləri 15 aprel 2017-ci il tarixində müəllimləri Sevinc Pənahova ,Könül Mürsəlova və Fatimə Ağazadə ilə birlikdə Qobustan dövlət tarixi-bədii qoruğunda və Botanika bağında oldular.Şagirdlər Qobustan abidəsinin tarixi ilə yaxından tanış olub, buradakı qayaüstü rəsmlər, yaşayış məskənləri, həmçinin təbiəti və biomüxtəlifliyi haqqında maraqlı məlumatlar əldə etdikdən sonra xoş təəssüratları yaddaşlarda əbədi həkk etmək üçün xatirə şəkilləri çəkdirdilər.Sonra şagirdlər Mərkəzi Nabatat bağında oldular. Burada Azərbaycan florasının 2000-dən artıq ağac, kol və çiçəklərinin toplandığını öyrəndilər. Bağın ərazisində sitrus bitkiləri və çiçəkləri üçün nəzərdə tutulan oranjera, torpaq sahəsi və meşə parkı ilə tanış oldular. Şagirdlər bu ekskursiyadan çox razı qaldılar və zəngin məlumatlar əldə etdilər.