“Qarabağ tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səhifələri” mövzusunda dəyirmi masa keçirildi

15 aprel 2017-ci il tarixdə “Qarabağ tarixi haqqında həqiqətlər və qəhrəmanlıq səhifələri” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.Masada iştirak edən VII-X sinif şagirdləri və müəllimlər tarixi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı haqqında məlumatları bölüşdülər. Düşmən əlində qalan yurd yerlərimiz, erməni vandalizminin qurbanı olmuş tarixi abidələrimiz haqqında metodbirləşmə sədri Şahnaz Dadaşova çıxış etdi. Slayd və gündəlik mətbuat orqanları, kitablardan və əsərlərdən sitatlar gətirildi. Şagirdlər Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında Azərbaycan diasporasının və medianın rolunu xüsusi qeyd etdilər. Vətən uğrunda şəhid olan döyüşçülərimizin qəhrəmanlıqlarından danışan masa iştirakçıları 2016-cı il aprel döyüşlərində Milli ordumuzun qələbəsindən fəxrlə bəhs etdilər və qələbənin yaxın olduğunu vurğuladılar. Vətənpərvərlik tərbiyəsindən bəhs edən direktor müavini Həməşəxanım Bayramova Azərbaycanın müasir hərbi qüdrətinin, nizami ordusunun hər an düşmən üzərində qalib gəlməyə hazır olduğunu qeyd etdi. Müəllimlərdən Şövkət Həsənova və Sevinc Kərimova Xocalı soyqırımında xalqımızın başına gətirilən bəlalardan, Milli qəhrəmanlarımızın göstərdikləri igidliklərdən danışdılar. Şagirdlər həmçinin Seysulan və Lələtəpə yüksəkliklərinin, Madaqiz kəndinin alınmasında Azərbaycan əsgərlərinin göstərdikləri hünəri alqışladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi