İnformatikadan açıq dərs keçirildi

14.04.2017-ci il tarixində İnformatika müəllimi Zəbiyeva Vəsilənin VIIb sinfində “Altproqramda dəyişənlər” mövzusunda açıq dərs keçirildi. Məqsəd verilmiş məsələnin proqramını parametrli altproqramdan istifadə etməklə tərtib etmək idi. Parametrli altproqramların şagirdlər tərəfindən qavranması strukturlu proqramlaşdırma dillərinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Bu baxımdan müəllim müxtəlif interaktiv təlim metodlarından istifadə etməklə şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək üçün onları birgə əməkdaşlığa, mövzu üzrə tədqiqat aparmağa cəlb edə bildi. Dərsin motivasiyasının, problemin qoyuluşu və həlli, qiymətləndirmə kimi mərhələlərinin qurulmasında müasir kurikulum metodlarından istifadə edildi. Dərsdə elektron avadanlıqlardan geniş istifadə olundu. Sonda dərsdə iştirak edən müəllimlər dərs haqqında öz fikirlərini bildirdilər.Dərsin müsbət və mənfi tərəfləri haqqında fikir mübadiləsi aparıldı. Verilən rəylərə əsasən keçirilən açıq dərs qənaətbəxş hesab olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi