Kiçik akademiya üzvləri tədqiqat aparırlar

Məktəbimizdə daim yaradıcılıq və elmi axtarış işlərinə maraq göstərən, potensial imkanları ilə fərqlənən istedadlı şagirdləri birləşdirən Kiçik akademiya üzvləri daima tədqiqatlar aparır. Belə tədqiqatlardan biri Kiçik akademiyanın 14 aprel 2017-ci il tarixində keçirilən növbəti məşğələsində respublikamızın təbii sərvət və biomüxtəlifliyinin qorunması,saxlanılmasına dair işlər oldu. Biomüxtəlifliyin qorunması Azərbaycanda ekoloji siyasətin əsas hədəflərindən biri hesab olunur. Bu məqsədlə həyata keçirilən tədbirlər ekosistemin mühafizə olunması üçün mühüm əhəmiyyət kəsb edir. Kiçik akademiyaların üzvləri ilə birlikdə zəngin təbiətimizlə bağlı biomüxtəlifliyin bütün ekosistemin daxilindəki müxtəlifliliyi haqqında debat aparıldı, hər ekosistem üçün komponentlər arasındakı əlaqələr vurğulandı.Daha sonra şagirdlərə respublikamızın biomüxtəlifliyinə dair canlı guşənin, foto stendin hazırlanması, Azərbaycanda biomüxtəlifliyi qorumaq üçün yaradılmış qoruqların fəaliyyəti ilə bağlı araşdırmaların aparılması tapşırıldı .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi