İngilis dili fənnindən açıq dərs keçirildi

Məktəbin ingilis dili müəllimi Yəhyayeva Xeyransa tərəfindən 13 aprel 2017-ci il tarixində V”b” sinfində “What is friendship for you” mövzusunda açıq dərs keçirildi. Dərs fəal təlim metodlarına əsaslanmışdı. Müəllim qruplarla iş təşkil etməyə, dərsin motivasiyasının, problemin qoyuluşu və həlli, qiymətləndirmə kimi mərhələlərinin qurulmasında müasir kurikulum metodlarından istifadə etdi.Dərsin gedişi zamanı şagirdlər oyunlardan və ingilis dilində dialoqlardan istifadə etdilər.Açıq dərslər şagirdlər arasında dostluq münasibətlərinin qurulması istiqamətinə yönəlmişdi. Dərs prosesində gənc müəllimlərin də iştirakı təmin olunmuşdu. Dərsdən sonra müzakirələr aparıldı və verilən rəylərə görə keçirilən açıq dərs qənaətbəxş hesab olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi