“Yol hərəkəti qaydalarını öyrənək” mövzusunda tədbir keçirildi

13 aprel tarixində VII sinif şagirdlərinin iştirakı ilə “Yol hərəkəti qaydalarını öyrənək” mövzusunda maarifləndirici tədbir təşkil edildi. Tədbirdə Uşaq Birliyi rəhbəri Sevda Əliyeva və məktəbin psixoloqu Samirə Rzayeva tərəfindən yol qəzalarından qorunması üçün təbliğatın aparılması məqsədi ilə yol hərəkəti qaydalarına dair bilik və bacarıqlar əyani və təcrübi nümayiş etdirildi. Həmçinin yol hərəkəti qaydalarına aid viktorina aparıldı.Tədbirin sonunda təşkilatçılar əsas diqqəti təhlükəsiz həyat üçün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilməsini tövsiyə etdi və hamını yol hərəkəti qaydalarına riayət etməyə çağırdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi