İbtidai sinif şagirdlərinin əməli yazı bacarıqları yoxlanılır

Çox zaman müəllimlərlə aparılan sorğuların nəticələri göstərir ki, şagirdlər sərbəst şəkildə əməli yazı (ərizə, izahat və s.) yazmaqda çətinlik çəkirlər. Bildiyimiz kimi əməli yazı nümunələri V-XI siniflərin yaş və bilik səviyyələrini nəzərə alaraq tədris olunur. Bizim məktəbdə isə artıq ibtidai sinif (II-IV) şagirdlərində əməli yazıların yazılması haqqında ilkin biliklərin formalaşdırılması il boyu ibtidai sinif müəllimləri tərəfindən həyata keçirilir. Aparılan işin nəticələrinin yoxlanılması məktəb rəhbərliyinin göstərişinə əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinə həvalə olunmuşdur.Bunun üçün məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzizə Səlimova ilk addımı atmışdır. 12 aprel 2017-ci il tarixində ibtidai siniflərdən II d,II f, III c siniflərində bu sahədə monitorinq aprılıdı. Aşkar olundu ki, şagirdlər əməli yazı olan ərizə formalarını yazmaq qaydasını mənimsəmiş,əksəriyyətinin yazdığı ərizə forması aydın və qüsursuz olmuşdur.Məktəb rəhbərliyinin göstərişi ilə bütün ibtidai siniflərdə şagirdlərin əməli yazı bacarıqlarının monitorinqi dərs ilinin sonunadək davam etdiriləcəkdir.