Ümumdünya Aviasiya və Kosmonavtika günü ilə bağlı rəsm sərgisi keçirildi

12 Aprel Ümumdünya Aviasiya və Kosmonavtika günüdür. 56 il əvvəl 1961-ci ilin aprelin 12-də Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub. Qaqarindən sonra səmaya 32 ölkədən 431 kosmonavt uçub. Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı alim Kərim Kərimovun adı da var. Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub. Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı isə 2008-ci ildə prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlayıb. Ölkədə fəaliyyət göstərən Aerokosmik Agentliyin qarşıda duran başlıca vəzifəsi müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir. Aviasiya və Kosmonavtika günü ilə bağlı VI və VII sinif şagirdləri arasında keçirilən rəsm müsabiqəsində qalib gələn şagirdlərin rəsm əsərlərinin sərgisi də 12 Aprel 2017-ci il tarixdə keçirildi. Şagirdlərdən Nailə Əliyeva, Aytən Haşımova, Fidan Əliyevanın çəkdiyi rəsmlər daha cox fərqləndi.