‘’Mülki Müdafiə’’ günü keçirildi

11 aprel 2017-ci il tarixində ‘’Mülki Müdafiə’’ günü ilə əlaqədar tədbir keçirildi. Bu məqsədlə guşə yaradıldı, məktəbin kitabxanasında Mülki Müdafiəyə, hərbi vətənpərvərliyə aid kitab, ədəbiyyat və albomlardan ibarət sərgi təşkil edildi. Kitabxanaçı İmanverdiyeva Gülnarə və məktəbin ibtidai hərbi hazırlıq müəllimi Mahir Ağayevin rəhbərliyi ilə X sinfin şagirdlərinə Mülki Müdafiənin hüquqi əsasları və prinsiplərinə dair izahatlar verildi. Fövqəladə hallar və təbii fəlakətlər zamanı şagirdlərin davranış qaydaları izah olundu. Mütəşəkkil təxliyyə, yaralıların daşınması, ilk tibbi yardımın göstərilməsi və başqa məsələlər müzakirə olundu. Elektron lövhə olan siniflərdə Mülki Müdafiəyə dair dərslər keçirildi. X siniflərdə seminar, XI siniflərdə isə dəyirmi masa təşkil edildi.Həmin tədbirlərdə Mülki Müdafiə qərargah rəisi Həməşəxanım Bayramova fərdi mühafizə vasitələrindən istifadə qaydalarından, həyəcan siqnalından, yanğın ,zəlzələ, zəhərlənmələr zamanı görüləcək ilkin tədbirlərdən danışdı. Keçirilən tədbirlərdə şagirdlərə MM qüvvələrinə baxış, onların təchizatı, vəzifə borclarına dair bilik və bacarıqlar aşılandı. Xəbərdarlıq siqnalından sonra şagirdlər siniflərdən məktəbin həyətinə çıxış qapılarından təxliyyə olundu. Tədbirdə mühafizə, sanitar, rabitə, yanğınsöndürmə kimi xilasedici dəstələr iştirak edirdi. Baş verən fövqəladə vəziyyətlər zamanı şagirdlərdə özünümüdafiə məqsədilə görüləcək tədbirlər formalaşdırıldı.Tədbirdə Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin mütəxəssisi,mühəndis Şirin Quliyev iştirak edirdi.Sonda mütəxəssis tərəfindən Mülki Müdafiə gününün keçirilməsinin yekunu qənaətbəxş hesab edildi və arayış təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi