Gənc müəllimlər şurasının növbəti iclası keçirildi

Aprel ayının 10-da məktəbdə“ Gənc müəllimlər şurası”nın növbəti iclası keçirilmişdir.İclasda məktəbin Metodşura sədri Həməşəxanım Bayramova, Metodbirləşmə sədri Könül Mürsəlova ,”Gənc müəllimlər şura”sının sədri Gülüs Əhmədova və Gənc müəllimlər şurasının heyyəti iştirak edirdi.İclasda “Gənc müəllimlərin qarşısında duran vəzifələr”və “Gənc müəllimlərin intelekt səviyyəsinin yüksəldilməsi yolları” mövzuları ətrafında müzakirələr aparıldı.Müzakirələrdə Gülüs Əhmədova, Şəbnəm Rüstəmova , Fatimə Ağazadə, Leyla Əzizli və başqa üzvlər çıxış etdilər.