Açıq dərs keçirildi

Müəllimlərin dərsdə müasir təlim forma və üsullarından istifadə, kurikulumların tətbiqi ilə bağlı bacarıq və qabiliyyətlərini nümayiş etdirmələri, bu istiqamətlərdə topladıqları təcrübələri bölüşdürmələri məqsədi ilə məktəbdə tez-tez “açıq dərs”lər keçirilir.Belə açıq dərslərdən biri də 8 apreldə Ədəbiyyat müəllimi Səlimova Əzizə tərəfindən 8”b” sinfində Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” hekayəsi mövzusunda keçirilmişdir. Müəllim dərsdə fəal təlim metodlarına geniş yer verməyə, qruplarla iş təşkil etməyə, dərsin motivasiya, problemin qoyuluşu və həlli, qiymətləndirmə kimi mərhələlərinin kurikulumun tələblərinə uyğun qurmağa, müxtəlif resurslardan yerli-yerində istifadə etməyə çalışmışdır.Ədəbiyyatın tədrisi keyfiyyətini yüksəltmək, bu fənnin şəxsiyyətin tərbiyəsində, böyüməkdə olan gənc nəslə milli-mənəvi dəyərlərin aşılanmasında, şagirdlərdə ədəbi yaradıcılığa meyil və marağın oyadılmasında, bu sahədəki istedad və qabiliyyətinin üzə çıxarılıb inkişaf etdirilməsində rolunu yüksəldir.