Hidrometrologiya departamentinə ekskursiya

“Ekoloji aylıqlar “ layihəsi çərçivəsində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” ayı ilə bağlı məktəbimizin 10-cu sinif şagirdləri ilə birlikdə Təbii sərvətlər və Ekologiya Nazirliyinin Hidrometrologiya departamentinə ekskursiya edildi.Ekskursiya zamanı ölkənin zəngin sərvətlərindən biri olan iqlim və iqlimin yaranmasına təsir göstərən amillər haqqında departamentin əməkdaşı Əsgərov Əkbər məlumat verdi. Şagirdlər burada sinoptik və iqlim xəritələrinin tərtib olunması ilə tanış oldular. Respublikamızın coğrafi mövqeyini əsas tutaraq hava proqnozunun ölkə ərazisinin müxtəlif məntəqələrindən,həmçinin qonşu dövlətlərin ərazisinin hava xəbərləri əsasında qurulması şagirdlərdə maraq doğurdu.Bunu şagirdlər əyani olaraq monitorlarda seyr etdilər. Respublikamızın zəngin təbiətinə təsir göstərən iqlim haqqında departamentin əməkdaşı Gülşad Məmmədova geniş məlumat verdi. Daha sonra informasiyaların xüsusi proqramlar vasitəsilə ötürülməsi və tərtib olunması haqqında Günay Orucova geniş məlumat verdi.Şagirdləri maraqlandıran suallar əməkdaşlar tərəfindən ətraflı məlumatlandırıldı.