2025-2026-cı tədris ilinin ilk günü - Bilik günü Xəzər rayonu Ə. Quliyev adına 121 nömrəli tam orta məktəbdə xüsusi coşğu ilə qeyd edildi

2025-2026-cı tədris ilinin ilk günü - Bilik günü Xəzər rayonu Ə. Quliyev adına 121 nömrəli tam orta məktəbdə xüsusi coşğu ilə qeyd edildi. Xəzər tv ilə birbaşa yayımlanan tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov məktəbin birinci sinfinə daxil olan şagirdləri bu gün münasibətilə təbrik etdi, bütün müəllim və şagird kollektivinə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. Məktəbin direktoru Ümummilli liderimiz Heydər Əliyevin təhsil siyasəti, dövlətimizin möhkəmlənib güclənməsi üçün apardığı quruculuq işlərindən, həmçinin Konstitusiya və suverenlik ilindən bəhs etdi. Tədbirdə çıxış edən direktor müavinləri Həməşəxanım Bayramova, Bahar Ələkbərova, Ceyhun Əsgərov, məktəbin hərbi rəhbəri Seymur Bilalov, məktəbin psixoloqu, eləcə də məktəbin məzunu olan İkinci Qarabağ müharibəsi şəhidi Quluzadə Qurbanəlinin atası Elşad Quluzadə öz növbələrində şagirdləri təbrik edərək onlara uğurlar arzuladılar. Tədbir məktəblilərin hazırladıqları maraqlı səhnəciklər, musiqili kompozisiyalar, gözəl şeir qiraətləri ilə davam etdi. Bilik gününüz mübarək olsun, əziz müəllimlər və şagirdlər!