Pedaqoji Şura iclası keçirildi

Pedaqoji Şura iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, müəllimlərə fəaliyyətlərində uğurlar arzuladı. Gündəlikdə duran məsələləri qeyd edən məktəbin direktoru ilk öncə ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ilinin təşkili barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmrini pedaqoji kollektivin diqqətinə çatdırdı, müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq məktəbə yeni təyin olunan müəllimləri təqdim etdi, ötən tədris ilində qazanılan nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verdi, həmçinin Konstitusiya və suverenlik ili çərçivəsində fəaliyyətlərin zəruriliyini bildirdi. İclasda çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavinləri təlim-tərbiyə prosesi ilə bağlı bir sıra məsələlərdən bəhs etdilər, ötən tədris ilində görülmüş işlərin təhlillərini iclas iştirakçılarının diqqətinə çatdırdılar.