IX sinifərdə buraxılış imtahanlarına hazırlıq davam edir
7 aprel 2017-ci il tarixində Bakı şəhəri üzrə Təhsil idarəsinin təqdim etdiyi “Buraxılış imtahanlarında aşağı nəticə göstərmə potensialı olan IX sinif şagirdləri üçün riyaziyyat fənni üzrə əlavə minimum proqram” əsasında tədris olunan mövzuların şagirdlər tərəfindən mənimsənilməsini yoxlamaq məqsədilə test yoxlaması keçirildi. Yoxlama riyaziyyat və informatika fənləri üzrə metodbirləşmə rəhbəri Ülviyyə Pəncəliyeva tərəfindən aparıldı. Test yoxlanmasının nəticələri metodbirləşmə iclasında müzakirə olundu. Nəticələrə əsasən şagirdlərin bilik keyfiyyətində irəliləyişlər olduğu aşkar edildi. Müəllim Adil Səmədov bu işin dərs ilinin sonunadək davam edəcəyini bildirdi .