Sinif nümayəndələri ilə iclas keçirildi

6 aprel 2017-ci il tarixində məktəbin VII-XI sinif nümayəndələri ilə iclas keçirildi.Əvvəlcə sinif nümayəndələri tərəfindən keçən iclasda verilmiş tapşırıqların yerinə yetirilməsi haqqında məlumatlar dinlənildi.Sonra isə Tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimova və Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva tərəfindən sinif nümayəndələrinə növbəti ay ərzində görüləcək işlər haqqında tapşırıqlar verildi. Onlara siniflərin təmizliyi, qarşılaşdıqları problemlərin həlli ilə bağlı məlumatların verilməsi,dərsə davamiyyət,məktəbli geyimləri və kitabçalarının qaydasında olmağı barədə mütamadi olaraq məktəb rəhbərliyi və sinif rəhbəri ilə sıx əlaqə saxlanılması tapşırıldı.