II sinif şagirdləri arasında “Breyn-rinq” yarışması keçirildi

6 aprel 2017-ci il tarixində “Breyn-rinq” yarışmasının keçirilməsi üçün məktəbimizin II sinif şagirdlərindən ibarət 4 komanda təşkil olundu .Hər komandada 2 sinif iştirak edirdi.Yarışmanın keçirilməsində məqsəd paralel siniflər arasında əməkdaşlığın təşkil olunması və şagirdlərin dərsdənkənar mövzularda biliklərinin yoxlanılması idi.Bu komandalara müxtəlif suallar verildi. Suallara bütün komandalar dolğun və tez cavab verdilər,lakin bu yarışmada IIe və II ə siniflərindən təşkil olunmuş komanda digərlərindən fərqləndi.Yarışma məktəbin Uşaq Birliyi Rəhbəri Sevda Əliyeva tərəfindən hazırlanmışdı.