6 aprel 2017-ci il tarixdə məktəbin Ib sinfində ingilis dili müəllimi Məmmədova Çinarənin “Açıq dərs”-i keçirilmişdir. Dərsdə müasir təlim metodu və üsullarından istifadə olunmaqla rollu oyunlara və şəkillər üzrə işə daha çox yer verildi. Şagirdlər dərs boyu fəallıq nümayiş etdirdilər. Müəllim yoldaşlarımızın və rəhbərliyin iştirakı ilə keçirilən açıq dərs maraqla izləndi. Dərsdən sonra müzakirə keçirildi. Sonda iştirakçılar tərəfindən bəzi iradlar və təkliflər irəli sürüldü.