“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi

“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsi daxilində məktəbin ibtidai sinif müəllimi Mürsəlova Könül 4b sinif şagirdləri ilə birlikdə əkilən güllərə və bitkilərə şagirdlər tərəfindən qulluq edilməsi qaydalarının öyrədilməsi məqsədi ilə məktəbyanı bağçada bəzi işlər gördülər.
Şagirdlər əvvəlcə bağçanı alaqdan təmizlədilər. Daha sonra isə yeni gül şitilləri əkdilər. Bağçadakı qızılgüllərin solmuş çiçəklərini təmizlədilər.
Beləliklə, şagirdlərə yaz aylarında bağçaya qulluq işləri öyrədilmiş oldu.