lll - sinif şagirdləri ilə " Ailəmə minnətdaram " adlı inkişaf etdirici iş təşkil edildi

Bu bir danılmaz həqiqətdir ki, böyüməkdə olan gənc nəslin tərbiyəsi ünsiyyətdə olduğu insanlarla,yaşadığı mühitlə ,təlim- tərbiyə aldığı təhsil ocağı,ən əsası isə böyüyüb başa çatdığı ailəsi ilə bağlıdır .Bu səbəbdən şagirdləri mənəvi cəhətdən sağlam,mədəni,səmimi və müsbət əxlaqi keyfiyyətləri aşılamaq məqsədi ilə məktəb psixoloqu Samirə Rzayeva ibtidai sinif şagirdləri ilə " Ailəmə minnətdaram" adlı inkişaf etdirici iş təşkil etdi.
Şagirdlər ailələrinə açıqca hazırlayıb öz sevgi və minnətdarlıqlarını məktub vasitəsi ilə ailələrinə izah etdilər.