Ümummili Liderimiz Heydər Əliyevin 102-ci ildönümü münasibətilə təqdimat xarakterli tədbir keçirildi

    Ümummili Liderimiz Heydər Əliyevin 102-ci ildönümü münasibətilə təqdimat xarakterli tədbir keçirildi. Tədbirdə şagirdlər bir neçə istiqamətdə: Heydər Əliyevin dövlətçilik siyasəti, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmlətməsi baxımından gördüyü işlər, "Əsrin müqaviləsi" ilə böyük neft kontraktlarının imzalanması, dahi rəhbərin təhsil siyasəti, ordu quruculuğu, eləcə də mədəniyyət və incəsənət sahəsinə ayırdığı diqqət, qayğıdan bəhs edərək maraqlı çıxışları ilə yadda qaldılar. Təqdimatların 6-cı, 7-ci, 8-ci sinif şagirdləri tərəfindən edilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Milli rəqsimizin gözəl ifası, 7-ci sinif şagirdinin muğam parçasını möhtəşəm ifa etməsi tədbirə rəng qatdı. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Zaur Yusifov Heydər Əliyevin keçdiyi ömür yolundan bəhs edərək maraqlı təqdimatlara görə məktəbin təşkilatçısı Elnarə Kərimovaya, eləcə də müvafiq fənn müəllimləri Sevinc Kərimova, Əvəz Rüstəmov, Ülkər Məmmədova, Günel Bayramova, Yalçın Quliyev, İlkin Qənbərov, Məsumə Əliyevaya və əlbəttə, şagirdlərə öz təşəkkürünü bildirdi, xoş arzuları ilə bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi