Məktəbimizin coğrafiya müəllimi Kərimova Sevinc və VIII sinif şagirdləri ilə birlikdə “Təbiət süni intekektin gözü ilə” adlı təqdimat keçirdi

Məktəbimizin coğrafiya müəllimi Kərimova Sevinc və VIII sinif şagirdləri ilə birlikdə “Təbiət süni intekektin gözü ilə” adlı təqdimat keçirdi.Coğrafiya dərsində təbiətin insanlar tərəfindən mənimsənilməsi,sonrakı dövrlərdə yaranacaq problemlər və qarşılaşacağımız görüntünün süni intelektin köməyi ilə təsvirlərini yaratdılar.İştirakçılardan Allahyarlı Zəhra və Sadıxova Xədicə hazırladıqları təqdimatları ilə şagirdlərin insan zəkası tələb edən süni intelektə marağını artırdı. Təqdimatın sonunda süni intelektin yaranması, onun gələcək prespektivə təsirinə dair suallar verildi.