"Azərbaycan xalq çalğı alətləri və xalq rəqslərimiz" mövzusunda dəyirmi masa keçirildi

    Musiqi müəllimi Allahverdiyeva Səbinə tərəfindən yuxarı sinif şagirdlərinin iştirakı ilə "Azərbaycan xalq çalğı alətləri və xalq rəqslərimiz" mövzusunda dəyirmi masa keçirildi.Keçirilən dəyirmi masada  Azərbaycana məxsus çalğı alətlərimiz haqqında məlumat verildi və slaydlar göstərildi.Eyni zamanda  dahi şairlərimiz Nizami və Füzulinin əsərlərində, Ş.İ. Xətainin qoşmalarında ilk dəfə adlarının çəkildiyi qeyd olundu, şagirdlər onların necə əks olunduğunu sözlü şəkildə vurğuladı. Keçirilən bu dəyirmi masada həm də şagirdlər musiqi alətlərində öz ifa qabiliyyətlərini böyük məharətlə göstərdilər. Xüsusən də şagirdlərin öz seçdiyi xalq rəqslərimizi  səsləndirməsinə xüsusi önəm verildi. Bu onlarda milli xalq rəqslərimizin araşdırılmasına və bu rəqslərə marağın artmasına böyük təkan verir. Bu cür mövzulara diqqət yetirilməsi yeni nəslin milli mənəvi dəyərlərimizi unutmamasına , milli ruhun daim yaşadılmasına xidmət etməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi