Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" və AMEA-nın 80 illiyi münasibətilə keçirilən bilik yarışı müsabiqəsində fəal iştirak edərək birinci yerə layiq görülmüşlər

Məktəbin bir qrup şagirdi məktəbin tərbiyə işləri üzrə direktor müavini Elnarə Kərimovanın rəhbərliyi altında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" və AMEA-nın 80 illiyi münasibətilə keçirilən bilik yarışı müsabiqəsində fəal iştirak edərək birinci yerə layiq görülmüşlər. Belə ki, qızlardan ibarət "Xarıbülbül" rəqs qrupu çox gözəl musiqili kompozisiya nümayiş etdirmiş, 6-cı sinif şagirdi Əsgərov Yusif "Yaşa Azərbaycan", 8-ci sinif Hacızadə Elmir "Azərbaycan" mahnılarını mükəmməl ifa etmişlər. 10-cu sinif şagirdi Əmirxanov Huseyin "Qarabağa qayıdış" 4-cü sinif şagirdi Əliyev Vaqif "Şuşa kompozisiyası" rəsmləri ilə yarışın qalibləri seçildilər. Şagirdlərimizə təşəkkürnamələr təqdim edildi. Ə. Quliyev adına 121 nömrəli tam orta məktəb isə "Konstitusiya və Suverenlik ili" və AMEA-nın 80 illiyi münasibətilə keçirilən bilik yarışında fəal iştirak edərək birinci yerə layiq görülməsi münasibətilə diplomla təltif edildi. Məktəbin direktoru Zaur Yusifov yarışdan sonra şagirdlərlə görüşüb ürək sözlərilə bölüşərək onları təbrik etdi, növbəti yarışlarda da birincilik və uğurlar arzuladı.