Novruz bayramı münasibətilə tədbir keçirildi

Novruz bayramı münasibətilə tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zaur Yusifov məktəb kollektivini, müəllim və şagirdləri təbrik edərək xoş arzularını bildirdi. Şagirdlərin təqdimatında maraqlı şeirlər söylənildi, nəğmələr oxundu. El adətlərinə aid kompozisiyalar göstərildi. Müxtəlif siniflərin hazırladığı bayram xonçaları, əl işlərindən ibarət guşələr şənlik iştirakçılarına təqdim edildi.