Şagirdlər alternativ enerji almaq üçün təcrübə aparır

29 mart 2017-ci il tarixində "Alternativ enerji" aylığı ilə əlaqədar Fizika fənni üzrə fənn müəllimi Həsənova Şövkət laborotoriya şəraitində IX sinif şagirdləri ilə alternativ enerjinin alınmasını sınaqdan keçirmişdir. Belə ki, IX sinif şagirdi Seyidov Mirəzizin ideyası ilə iki ədəd 1,5 voltlu lampa ACV kollektorlu mühərrikə qoşuldu. Maqnitlər eyni qütblü olmaqla diskə birləşdirildi.Hazırlanan disk və ACV mühərriki bir-birinə bərkidildi. Sonra nalşəkilli maqnitlər disk üzərindəki maqnitlərə əks tərəflərdən yaxınlaşdırıldı. Maqnitlərin qarşılıqlı təsiri nəticəsində ACV mühərrikində elektrik cərəyanı yarandı və lampalar işıqlandı.Kimya müəllimi Həsənova Könül isə laborotoriya şəraitində VIII siniflərlə təbii üsulla yetişdirilmiş limondan istifadə edərək alternativ enerji alınması üçün təcrübə apardılar. Belə ki, limon tən ortadan iki hissəyə bölündü. Sonra telefonun enerji yükləyicisinin çəngəlləri kəsilmiş limonun hər iki hissəsinə daxil edildi. Enerji yükləyicisinin digər hissəsi isə telefona keçirildi və nəticədə telefon batareyasının enerji yığdığı müşahidə edildi.