Məişət zorakılığı

Məişət zorakılığı müasir cəmiyyətdə ciddi sosial problemlərdən biri olaraq qalır və onun təsiri xüsusilə həssas qruplar,o cümlədən uşaqlar üçün dağıdıcı nəticələr törədə bilər.Uşaqların məişət zorakılığına məruz qalması onların psixososial inkişafına,təhsil nailiyyətlərinə və gələcək həyat perspektivinə mənfi təsir göstərir .Bu cür halların erkən aşkarlanması,zərərçəkmiş uşaqlara dəstək,psixoloji rifahın təmin olunması haqqında maarifləndirmə məqsədi ilə məktəb psixoloqu Samirə Rzayeva IX-X-XI sinif şagirdləri ilə psixoprofilaktik işi təşkil etdi .Psixoloq bu kimi hallarda zərər çəkənlərə dəstək olan dövlət qurumları və qaynar xəttlər haqqında geniş məlumat verdi .