İbtidai sinif müəllimləri ilə iclas keçirildi

İbtidai sinif müəllimləri ilə iclas keçirildi.İclası məktəb direktoru Zaur Yusifov açaraq gündəlikdə duran məsələlər ilə müəllim heyətini tanış etdi. Z. Yusifov 4-cü siniflər üzrə keçirilən monitorinqin təşkili və hesabatlılığı, , təlim nəticələri zəif olan şagirdlərin müəyyənləşdirilib onlarla işin təşkili, valideynlərlə görüşlər keçirilməsini tapşırdı. 4-cü sinif şagirdlərinin akademik nailiyyətlərinin yüksəldilməsi, son günlər soyuq hava şəraiti ilə əlaqədar yaranan şagird davamiyyətinin yenidən gücləndirilməsi ilə bağlı bəzi tövsiyələr verdi.
Daha sonra Təlim-Tərbiyə İşləri üzrə direktor müavini Bahar Ələkbərova ibtidai sinif müəllimlərinin qarşısında duran öhdəliklər haqqında məlumat verdi.