Bu gün məktəbimizdə tarix müəllimləri Bayramova Sürəyya və Əliyeva Könül təşkilatçılığı ilə "Xocalı faciəsi"nin 33 ildönümünə həsr olunmuş tədbir keçirildi

    Bu gün məktəbimizdə tarix müəllimləri Bayramova Sürəyya və Əliyeva Könül təşkilatçılığı ilə "Xocalı faciəsi"nin 33 ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə direktor müavini H.Bayramova,UBR S.Əliyeva,Kitabxana rəhbəri G.İmamverdiyeva və müəllim X.Xuduzadə iştirak etdi.
    Əvvəlcə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Sonra Xocalı faciəsində vəhşicəsinə qətlə yetirilən soydaşlarımızın və vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi 1(bir) dəqiqəlik sükutla yad edildi.
    Tariximizin qan yaddaşına yazılan Xocalının yanıb kül olmasından 33 il keçir. Erməni barbarlığı bax belə bir tarixi şəhərimizi yer üzündən sildi. Kül olmuş şəhər əfsanəsi yarandı hər bir azərbaycanlının qəlbində. Əslində, məkrli qonşularımız Azərbaycan xalqının sinəsinə Xocalı adlı dağ çəkdi. 33 ildir ki, biz bu dözülməz dərdin acısını yaşayırıq.Xocalı soyqırımı isə bədnam qonşularımızın ölkəmizə qarşı başladıqları müharibənin ən dəhşətli səhifəsidir, insanlığa qarşı ən böyük cinayətidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
    Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etdi. 30 ilə yaxın müddətdə erməni vandallarının işğalı altında qalan tarixi torpaqlarımız  öz  azadlığına qovuşdu.Artıq Xocalı faciəsində vəhşicəsində qətlə yetirilmiş soydaşlarımızın ruhu şaddır,çünki canları hesabına qorumağa çalışdıqları torpaqlarımız azaddır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi