Məktəbimizin adın daşıdığı Şəhid Əmir Əhməd Quliyevin doğum günü qeyd edildi

121 nömrəli tam orta məktəbdə Şəhid Əmir Əhməd Quliyevin doğum günü qeyd edildi.
Binə qəsəbəsinin ilk şəhid oğlu Əmirəhməd Quliyev 1966-ci il fevralın 18-də Xəzər rayonu Binə qəsəbəsində anadan olmuşdur.Təhsilini indi adını daşıdığı 121 saylı tam orta məktəbdə almışdır.1991- ci ilin dekabrında əlinə silah alıb vətəni yağı düşməndən azad etmək üçün Kərkicahan uğrunda döyüşlərə qatılmış igid döyüşçü əsgər dostları ilə birlikdə Yaglitəpə yüksəkliyinə kəşfiyyata gedərkən snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmişdir.Şəhidin əziz xatirəsini əziz tutaraq hər il məktəb rəhbərliyi pedaqoji kollektiv, şagirdlər ehtiramla yad edirik.Şəhidin büstü önünə güllər qoyan məktəb direktoru, şagird və müəllim heyyəti onun keçdiyi həyat yolundan danışaraq təhsil alan şagirdlərimizə gələcəkdə vətənin keşiyində ayıq-sayıq dayanmağı, vətənə layiqli vətəndaş kimi yetişmələrini tövsiyə etdilər.