Təhlükəli internet oyunlarından necə qorunaq?

Bu gün uşaqların internetdən həddindən artıq istifadə etməsi müxtəlif psixoloji və fizioloji problemlərə səbəb olur .Virtual aləmdə sayı günü- gündən artan bəzi zərərli kompüter oyunları uşaqlara mənfi təsir göstərir .Bu kimi halların qarşısının alınması məqsədi ilə məktəb psixoloqu Samirə Rzayeva 06.02.2025 ci il tarixində məktəbin VIII-IX sinif şagirdləri ilə " Təhlükəli oyunlardan necə qorunaq?" adlı maarifləndirici dərs təşkil etdi.Psixoloq Uşaqların həyatını təhlükəyə atan oyunlarda müxtəlif göstərişlərə əməl edərək zərərçəkənlərin özlərinə zərər verməsi qarşıya məqsəd qoyulduğunu şagirdlərə izah etmiş və Mavi balina,Blue baby,Blue whale, və s bu kimi oyunlardan uzaq durmalarını tövsiyə etdi.