20 Yanvar- Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirildi

20 Yanvar- Ümumxalq Hüzn Gününə həsr olunmuş dəyirmi masa keçirildi.Tədbirdə məktəbin direktoru Zaur Yusifov, təlim-tərbiyə işləri üzrə direktor müavini Həmişəxanım Bayramova, Elnarə Kərimova, psixoloq Samirə Rzayeva və 8-ci sinif şagirdləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başladı. Məktəbin tarix müəllimi Yalçın Quliyev, 20 Yanvar hadisələri haqqında geniş məlumat vermişdir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 131 mülki vətəndaş öldürülmüş, 744-nəfər yaralanmış,400 nəfər həps olunmuşdu.Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz.