Məktəb kitabxanasında "20 Yanvar tariximizin qan yaddaşı" adlı tədbir keçirildi

2024-2025-ci tədris ilinin 20 yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar keçiriləcək tədbirlər planına əsasən məktəb kitabxanasında "20 Yanvar tariximizin qan yaddaşı" adlı tədbir keçirildi. Tədbirlərdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini B. Həmişəxanım, tərbiyə işləri üzrə direktor müavini,təşkilatçı K. Elnarə, kitabxana müdürü İ. Gülnarə, kitabxanaçı Q. Minayə, tarix müəllimi Ə. Vəsilə,uşaq birliyi rəhbəri Ə. Sevda,məktəb psixoloqu R. Samirə və 7X sinif şagirdləri iştirak edirdilər.
Tədbirdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin tarix müəllimi Əliyeva Vəsilə tariximizin qan yaddaşı olan 20 Yanvar hadisələrindən, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizdən geniş söhbət açdı.
7X sinif şagirdləri topladıqları məlumatları tədbir iştirakçıları qarşısında səsləndirdilər.
Kitabxana müdiri İmanverdiyeva Gülnarə tərəfindən həmin hadisələri əks etdirən əyani vasitələr şagirdlərin diqqətinə çatdırıldı.