6- cı siniflərdə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunan sənədli filimlər izlədi və geniş maarifləndirmə xarakterli söhbətlər aparıldı

    Azərbaycan  tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olunmuş 1990- cı il 20 Yanvar hadisələri həm də millətin azadlıq səsini ucaltdığı öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi.Azərbaycan xalqının iradəsini qırmaq insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi.Bu qanlı hadisəni illər keçdikcə yetişməkdə olan gənc nəslə təbliq etmək və onlara həmin gün haqqında məlumat vermək hər bir ziyalının borcudur.20 Yanvar hadisəsindən 35 il ötməsinə baxmayaraq hər il xalqımız bu günü böyük ehtiramla yad edir.Məktəbimizin təşkilatçısı Kərimova Elnarə ,uşaq birliyi rəhbəri Əliyeva Sevda müəllimə tərəfindən  6- cı siniflərdə bu günlə bağlı sənədli filimlər izlədi və geniş maarifləndirmə xarakterli söhbətlər aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi